İsrail üzr istədi
13 yanvar 2010 20:15 (UTC +04:00)

İsrail üzr istədi

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu qalmaqalın əsas səbəbkarı olan İsrail xarici işlər nazirinin müavini Dani Ayalon da açıqlama verib.

Dani Ayalan da deyib ki, xarici səfirləri təhqir etmək onun ənənəsinə ziddir. O bildirib ki, gələcəkdə öz mövqeyini daha uyğun metodlarla açıqlayacaq.
Xatırladaq ki, iki ölkə arasında münaqişə “Kurtlar vadisi” serialından sonra başlayıb. Həmin serialda İsrail xüsusi xidmət orqanı olan MOSSAD-ın uşaq oğurluğu ilə məşğul olduğu iddia edilib. Bundan sonra Türkiyə səfiri gözlənilmədən xarici işlər nazirinin müavini Danni Ayalonla görüşə çağırılıb. Amma görüş XİN binasında deyil, parlamentin kiçik otağında baş tutub. Bu zaman diplomatik qaydalara zidd olaraq, Türkiyə bayrağı masanın üzərindən götürülüb, səfir isə onu qəbul edən tərəfdən fərqli olaraq daha alçaq kresloda oturdurulub. Bundan əlavə, Danni Ayalon Oğuz Çelikqolla əl tutaraq görüşməyib. Türkiyə də bu səbəbdən səfirini geri çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar