BMT missiyasının rəhbəri ölüb
13 yanvar 2010 12:15 (UTC +04:00)

BMT missiyasının rəhbəri ölüb

Haiti hökuməti zəlzələ qurbanlarının sayını hələ müəyyənləşdirə bilmir

Bu gün Haitidə baş verən dağıdıcı zəlzələ zamanı BMT-nin bu ölkədəki missiyasının rəhbəri, tunisli Xedi Annabi itkin düşüb.

Lent.az-ın “vesti.ru” saytına istinadən verdiyi məlumata görə, yarım saat fasiləylə baş verən 7 və 6 bal gücündə zəlzələ nəticəsində BMT-nin Haitinin paytaxtı Port-o-Prensdəki mənzil-qərargahı, eyni zamanda Prezident Sarayı dağılıb.

Fransa Xarici İşlər Nazirliyi Xedi Annabinin güman ki, öldüyü barədə məlumat yayıb. Nazir Bernar Kuşner bildirib ki, Fransanın Haitidəki səfiri missiyanın dağılmış binasını ziyarət edib və içəridə olanların hamısının böyük ehtimalla, öldüyünü xəbər verib.

Haiti paytaxtında kasıbların yaşadıqları məhəllələrdə qurbanların sayı daha çoxdur. Hökumət ölənlərin sayı barədə rəsmi məlumat verməyə hələ hazır deyil. Yerli sakinlərin və BMT missiyasının əməkdaşlarının taleyindən narahat olan BMT baş katibi Pan Gi Mun deyib ki, Haitidə situasiyanı diqqətlə izləyir.

Qeyd edək ki, Haitiyə BMT-nin sülhməramlı missiyası 2004-cü ildə, bu ada ölkəsində qarşıdurmalar baş verən zaman göndərilib. Hazırda BMT-nin Haitidəki missiyasında 9 min hərbçi, polis, o cümlədən 2 min mülki əməkdaş var.

ABŞ, Kanada, Fransa, Braziliya, Rusiya, Fransa, Meksika və Venesuela Haitiyə yardım təklif ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar