İsrail Türkiyə ilə bağlı ən sərt bəyanatını verdi
12 yanvar 2010 15:00 (UTC +04:00)

İsrail Türkiyə ilə bağlı ən sərt bəyanatını verdi

“İsrail dövlətinə və İsrail ordusuna ən son əxlaq dərsi verəcək olanlar türklərdir”

İsrail Xarici İşlər Nazirliyi Türkiyə ilə bağlı ən sərt yazılı bəyanatını verib.
Lentaz-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın ictimaiyyət önündə İsrailə yönəlik sərt tənqidləri münasibətlərə zərər verə bilər.
Açıqlamada daha sonra türklər aşağılanır: “İsrail dövlətinə və İsrail ordusuna ən son əxlaq dərsi verəcək olanlar türklərdir”.
İsrail dövlətinin Türkiyəyə sayğı göstərməkdə diqqətli davrandığı qeyd olunan açıqlamada vurğulanır ki, bu münasibətin qarşılığı Ankaradan gözlənilir. Açıqlamada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın son bəyanatı düşünülməmiş ittiham kimi dəyərləndirilir.
Qeyd edək ki, ötən gün Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzaya hücumunu və bu hücum zamanı 3 fələstinlinin ölməsini pisləmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar