Putinin bel ağrısı Türkiyədə də diqqət çəkib- FOTOLENT
03 dekabr 2012 22:27 (UTC +04:00)

Putinin bel ağrısı Türkiyədə də diqqət çəkib- FOTOLENT

Bölgədəki indiki şəraitdə, habelə bir sıra məsələlərdə fikir ayrılığı fonunda Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri dünyanın marağına səbəb olan ziyarətlərdən biri olub.

Tərəflərin müzakirə edəcəkləri çoxsaylı problemlər arasında Suriyadakı hakimiyyətə münasibət, «Patriot»ların Türkiyə ərazisində yerləşdirilməsi də var idi.

Lent.az-ın Türkiyə «NTV»-sinə istinadən məlumatına görə, V.Putin iki ölkə arasında iqtisadi-ticarət dövriyəsinin həcmini 100 milyard dollara çatdırmağı qarşılarına məqsəd qoyublar.

Türkiyənin baş naziri Rəcəb Taip Ərdoğan Fələstinin BMT-dəki yeni statusuna, müşahidəçi –dövlət, səs verdikləri üçün V.Putinə təşəkkür edib:«Təmənnamız Suriyada axan qanın tez bir zamanda durdurulmasıdır. Xarici işlər nazirlərimiz bu yöndə daha ciddi fəaliyyət göstərəcək».

Jurnalistlərdən birinin Suriya ilə bağlı sualına cavabında Putin bunları söyləyib:«Bu məsələdə mövqelərimiz biri-birinə bənzəyir. Suriyanın gələcəyi ilə bağlı eyni düşüncədəyik. Ancaq bu gələcəyə çatmaq yollarımız fərqlidir. Odur ki biz Suriyanın gələcəyi ilə bağlı yeni fikriləri müzakirə etdik. Bu çətin problemi Türkiyə ilə birlikdə fəaliyyət göstərərək, həll edəcəyik».

O, «yeni fikirlərin» nədən ibarət olduğunu söyləməyib. V.Putin Suriyanın nüvə silahı olmadığını vurğulayaraq, bu ölkənin sərhədləri yaxınlığında Türkiyənin «Patriot»lar yerləşdirməsinə münasibətini belə bildirib: «Türkiyənin qayğılarını başa düşürük».
«Suriyadan Türkiyəyə bir basqın olmayacağına təmin verə bilərsinizmi» sualına cavabında, Putin deyib:«Buna təminat yalnız mövcud durum göz önünə alındıqda dəyərləndirilər. Odur ki, Suriyanın basqın etməsi mümkün deyil».

Yeri gəlmişkən,Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfəri zamanı diqqətlər həm də onun sağlığına yönəlib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, çoxsaylı fotoqraflar Rusiya liderinin bel ağrılarından əziyyət çəkdiyini də lentə alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3877

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi

Tramp Elon Maskı sərt tənqid etdi

7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq”  əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49