Suriya birləşmiş müxalifətinin lideri Türkiyədən silah istəyir-Açıqlama
Suriya Milli Koalisiyasının lideri Muaz əl-Hətib Türkiyə mətbuatında ilk dəfə olaraq, «CNN TÜRK»-ə müsahibə verib.
Lent.az-ın bu informasiya vasitəsinə istinadən məlumatına görə, o, deyib:«Suriya Azadlıq Ordusu üçün özəl silahlar istəyirik. Çünki bunu apardığımız mücadilə tələb edir».
O, yaxın həftələrdə İstanbulda da ofislərinin açılacağını söyləyib.
Mənbənin qənaətincə, bir gün Bəşar Əsəd devrilərsə, onu Muaz əl-Hətib əvəzləyə biləcək liderdir.
52 yaşlı koalisiya liderinin həyatının 15 ili Əəsd rejiminə qarşı mübarizədə keçib. O, Suriyadakı Əməvi camesinin keçmiş imamıdır. Rejim tərəfindən dəfələrlə tutulub. Əl-Hətib Məhəmməd peyğəmbərin nəvəsi İamam Həsən bin Əlinin törəmələrindəndir.
Muaz əl-Hətib suriyalılar üçün edilənlərə görə təşəkkürünü bildirib:«Bununla belə beynəlxalq ictimaiyyətdən həm siyasi, həm maliyyə, həm də hərbi baxımdan yarım gözləyirik. Suriyalılar iki ildir mübarizə aparır. Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı kimi ölkələr gerçəkdən ciddi dəstək verir. Ancaq həm dostlardan, həm də beynəlxalq ictimaiyyətdən gözləntilərimiz daha çoxdur. Çünki ehtiyacımız çoxdur. Türkiyədəki qardaşlarımız çox əziyyət çəkdi. Biz bunu bilirik. Suriya Azadlıq Ordusu üçün spesfik silah istəyirik. Bunu mübarizəmiz tələb edir. Savaşmadan bu rejimi devirmək mümkün deyil. »
Suriya müxalifət birliyinin baş qərargahı Qahirdə yerləşir. O, buna belə cavab verib:«Daha sonra azad torpaqlarımızda olacaq».
Əl-Hətib yaxın həftələrdə İistanbul ofisinin açılacağı vədinin onlara verildiyini də söyləyib.
Müxalifət lideri ABŞ-ın onlara dəstəyinin zəif olduğunu da söyləyib: «ABŞ fəal rol oynamır».
Yeni müxalifət birliyinin 22 üzvü var. 61 üzv isə alim, yazıçılar birliyi, iş adamları forumlarıdır. 14 yerli komitə fəaliyyət göstərir. Başqa sözlə Suriyanın 14 şəhərində koalisiya təmsilçisi var.
Müxalifət lideri kürdlərin də bu qurumda olmasının önəmli olmasını vurğulayıb. «Çünki onlar bir müddət öncə, Milli Şurada təmsil olmaq istəməmişdilər. Onlar koalisiyaya qatıldılar. Ancaq fərqli istəkləri var. Üzümüzə gələn həftə onların istəklərini müzakirə edəcəyik. Hazırda hüquqi və siyasi baxımdan Suriya Ərəb Cümhuriyyəti adı altındayıq. Başqa təfərrüatlara rejim devrildikdən sonra keçiriləcək seçkidə xalq qərar verəcək»- deyə, o, bildirib.
Qeyd edək ki, Suriya birləşmiş müxalifətinin lideri Türkiyədədir. O, prezident Abdulla Gül, baş nazir Rəcəb Taip Ərdoğan, Xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb

1120