Mumbaidə terror aktını həyata keçirən sonuncu terrorçu edam edildi - FOTO
21 noyabr 2012 10:39 (UTC +04:00)

Mumbaidə terror aktını həyata keçirən sonuncu terrorçu edam edildi - FOTO

Lent.az-ın “Associated-Press” agentliyinə istinadən verdiyi məlumata görə, Pakistan əsilli Məhəmməd Kasab 2008-ci ildə Mumbaidə terror aktını törədən 10 nəfərdən biridir və Hindistan polisi yalnız onu sağ yaxalaya bilib.

Məhəmməd Kasab əvvəlcə özünün günahsız olduğunu bildirib, daha sonra terror aktının törədilməsində iştirak etdiyini boynuna alıb. O, Pakistandakı “Laşkar-i-Tayba” radikal qruplaşmanın tapşırığı ilə hərəkət etdiklərini söyləyib.

Qeyd edək ki, 2008-ci ildə terrorçuların Mumbaidə “Tac Mahal” oteli, Yəhudi Dini Mərkəzi, restoran, dəmir yol vağzalı və xəstəxanaya hücumları nəticəsində 116 nəfər ölüb.
# 1370

Oxşar yazılar