Güney Azərbaycandakı durum Avropa Parlamentinin üzvü ilə müzakirə edilib
Güney Azərbaycanı təmsil edən bir qrup Avropa Parlamentinin üzvü, İran komissiyasının üzvlərindən professor Josef Veidenholzerlə görüş keçirib.
Lent.az-ın «AZOH» saytına istinadən məlumatına görə, Avropa parlamentinin mərkəz binasında keçirilən görüşdə Josef Veidenholzer qeyd edib ki, Güney Azərbaycan məsələsini beynəlxalq platformlara çatdırılması üçün əlindən gələn yardımı edəcək.
O, Güney Azərbaycan məsələsinin yaxın zamanda İranın ən önəmli daxili siyasi məsələlərindən biri olacağına da işarə edib.
Saat yarımlıq görüşdə Güney Azərbaycan olan təşkilatlar, siyasi məhbuslar, Urmiya gölünün quruması, Güney Azərbaycan türklərinin başqa problemləri və istəklər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Avropa Parlamentinin təmsilçisinə Güney Azərbaycanın mədəniyyəti, tarixi, Urmuya gölü və insan haqlarının vəziyyəti barədə hesabat təqdim edilib.
Josef Veidenholzer bu görüşün və məlumatların önəmini vurğulayaraq bildirib ki, müzakirə etdikləri məsələləri noyabrın 27-də Avropa parlamentinin İranla bağlı özəl toplantısında gündəmə gətirəcək.
O, Güney Azərbaycanın durumunun çox üzücü olduğunu bəyan edərək, insan haqlarının tapdanmasına dair 160 səhifəlik hesabatı Avropa parlamentinin İnsan haqları komissiyasına göndərəcəyini söyləyib.
Komissiyanın toplantısı isə noyabrın 28-də olacaq. Josef Veidenholzer təqdim olunan hesabatın xülasəsini orada deyəcəyini, məsələlərin araşdırılması üçün cəhd edəcəyini də bildirib.
Bu görüşdə müzakirə edilən önəmli məsələlərdən bir neçəsini diqqətinizə çatdırırıq:
-Tarixi Azərbaycan ərazisinin iki yerə parçalanması, 35 milyondan çox Azərbaycan türkünün İranda varlığı;
- Güney Azərbaycanda insan haqlarının tapdanması və bu haqda hazırlanmış son 4 illik hesabatın təqdimatı;
- Urmiya gölünün qurudulması siyasəti;
- Güney Azərbaycanın coğrafi durumu və ərazisi.
Görüşdə Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin, AZOH saytının sözçüsü Əmir Mərdani, Güney Azərbaycan qadın hüquq müdafiəçisi Ayda Bilgin və Güney Azərbaycan Demokrat Partiyası Gənclər Qolunun məsulu Polad Kərimli iştirak edib.

Oxşar yazılar

Bayden ÖLÜM AYAĞINDA: 18 ay ömrü qalıb
21 may 2025 , 22:49
Boks üzrə Olimpiya çempionu vəfat etdi
21 may 2025 , 21:42
Arıqlama şousunun iştirakçısı o qədər kökəldi ki, öldü
21 may 2025 , 16:01
Fransa Korsikada əməliyyat keçirdi: saxlanılanlar Parisə aparılır
21 may 2025 , 14:55
İsrail İranın nüvə obyektlərinə zərbələr endirəcək
21 may 2025 , 05:29
Orduda süni intellektdən istifadə genişlənir
21 may 2025 , 04:06
ABŞ bu sistemə 175 milyard dollar xərcləyəcək
21 may 2025 , 02:03