“Çünki bir azdan köpəklər gələcək” - MÜHARİBƏ DƏHŞƏTLƏRİ
Qora bişirən avqustda Suriyanın Azaz qəsəbəsində müxaliflərdən birinin dediyi bu sözlər məni üşütmüşdü...
Mən Azazda olanda Əsəd oranı təzəcə bombalamışdı.
114 ölü, onlarla yaralı…
Təkcə bir qəsəbədə…
İndi Suriyada ölənlərin sayı az qala qırx minə çatır. Hər gün ölənlər, hər gün yaralananlar, hər gün elə bu şəkillərdə gördüyünüz kimi...
Küçələr cəsədlə dolu…
Bircə köpəklər görünmür küçələrdə. Onlar gecə gələcək.
Köpəklərin başladığı savaşa canlı şahidlik etmək üçün.
Bu şəkillər canlıdır, sənəddir, zamandır, tarixdir.
Bu fotolar sözün bitdiyi yerdir.
Bu fotolar insanlıq dramının ən sonuncu pərdəsidir.
Bu fotolar Suriyada çəkilib…
Və bu fotolardakılar İNSANDIRLAR!
Müharibəni ancaq İNSAN edə bilərdi. Dostumuz Təhminə xanım belə insanlıqdan qorxduğunu deyir.
Amma…
Amma lənətə gəlsin belə İNSANLIQ.
Və müharibə…
…Çünki...
Çünki bir azdan köpəklər gələcək…
Səbuhi Məmmədli
Müəllifdən: Fotolar bir rus bloggerinin saytından götürülüb

Oxşar yazılar

Özbəkistan Ginnesin Rekordlar Kitabında: Bir gündə 1900-dən çox robot
21 avqust 2025 , 08:11
Türkiyədə AĞIR QƏZA: 1 ölü, 13 yaralı var
21 avqust 2025 , 07:03
Karib dənizində narıncı köpəkbalığı aşkarlandı
21 avqust 2025 , 04:24
Ölümcül tropik virus Londona yayıla bilər
21 avqust 2025 , 03:34
Kamçatkada zəlzələ baş verdi
21 avqust 2025 , 02:02
Dünyaca məşhur hakim Frenk Kaprio öldü
21 avqust 2025 , 01:56
İsrail əməliyyata başladı: Qəzzanın ətrafı nəzarətə götürüldü
21 avqust 2025 , 00:21