Qvatemalada 7,5 bal gücündə zəlzələ oldu: 48 ölü
08 noyabr 2012 10:03 (UTC +04:00)

Qvatemalada 7,5 bal gücündə zəlzələ oldu: 48 ölü

Bu gün Qvatemalada 7,5 bal gücündə zəlzələ baş verib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Retalulyey departamentindən 45 kilometr cənubda, paytaxtdan 191 kilometr qərbdə olub.

Zəlzələ nəticəsində 48 nəfər həyatını itirib, 200-ə yaxın tikili dağılıb. Zəlzələ qurbanlarının əksəriyyəti Meksika ilə sərhəddə yerləşən San-Markos əyalətinin sakinidir.
# 2289

Oxşar yazılar