Gecə klubunda partlayış
08 noyabr 2012 06:50 (UTC +04:00)

Gecə klubunda partlayış

Moskvanın Şimalında gecə klublarından birində qumbaranın partladılması nəticəsində 4 nəfər xəsarət alıb.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, klub mühafizəçilərinin içəri buraxmadığı naməlum bir kişi əl qumbarasını müəssisənin girişinə tullayaraq, qaçıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Həmin şəxslə bağlı axtarış elan edilib.
# 946

Oxşar yazılar