100 milyardlıq qasırğa!
“Sendi” qasırğasının ABŞ-ın şərq sahillərini vurması nəticəsində bu ilin dördüncü rübündə ümumdaxili məhsul (ÜDM) 0,6 faiz az olacaq.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, bu proqnozu bu gün ”IHS Global Insight”analitik xidməti açıqlayıb. Əgər analitik şirkət keçən həftə ABŞ iqtisadiyyatında 1,6 faiz artım proqnozlaşdırırdısa, indi bu göstəricini 1 faizə endirib. Sığorta şirkətləri isə “Sendi” qasırğasının ABŞ iqtisadiyyatına birbaşa vurduğu ziyanın həcminin 20 milyard dollar olduğunu, ancaq hesablamalar davam etdiyi üçün bu rəqəmin 20 milyard dolları keçəcəyini, hətta 50 milyard dollara çata biləcəyini açıqlayıb.
Böyük Britaniya analitikləri isə daha pessimistdir. İngilis analitiklər qasırğanın ABŞ iqtisadiyyatına vurduğu zərərin 70-100 milyard dollar civarında olduğu qənaətindədir.

1301