Su borusu partladı, 13 mərtəbə hündürlüyündə fontan vurdu - FOTO
31 oktyabr 2012 13:46 (UTC +04:00)

Su borusu partladı, 13 mərtəbə hündürlüyündə fontan vurdu - FOTO

Avstraliyanın Melburn şəhəri yaxınlığında təzyiq altında olan köhnə su xəttinin sıradan çıxması nəticəsində 13 mərtəbəlik ev hündürlüyündə fontan vurub. Lent.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Glen Waverley qəsəbəsinə təmir üçün göndərilmiş su şirkətinin işçisi Jamie Begg deyib ki, suyun təzyiqi sanki yeri “silkələyirdi”.

Yerli mətbuat 1 saat ərzində ətrafa 2 milyon litr suyun axdığını qeyd edib. Su xidməti 50 il əvvəl yerin altı ilə çəkilmiş borunun çürüdüyünü bildirib.
# 1952

Oxşar yazılar