Moskvada siyasi məhbuslara dəstək aksiyası keçirilir
30 oktyabr 2012 20:39 (UTC +04:00)

Moskvada siyasi məhbuslara dəstək aksiyası keçirilir

Moskvada Novopuşkinskdə siyasi məhbusları dəstək məqsədi ilə mitinq keçirilir. Xəbər yayılan zaman aksiya davam edirdi.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, aksiyada bir neçə yüz müxalifət nümayəndəsi iştirak edib.

Tədbirə qatılanlar «Sol cəbhənin» «Solidranost» hərəkatının bayraqlarının tutub.

«Sol cəbhənin» əlaqələndricisi Sergey Udaltsov jurnalistlərə bildirib ki, onların yeganə tələbi repressiyaların dayandırılmasıdır: «Mitinq siyasi məhbuslara dəstək məqsədi ilə keçirilir. Əlverişli hava şəraiti olmasa da insanlar fəal şəkildə aksiyaya qatılmaqdadır. Hazıra 2,5 min nəfərdən çox etirazçı var».

Eyni tələblə keçirilən ötən aksiyada S.Udaltsov,İlya Yaşin və Aleksey Navalnıy saxlanılmış, 30 min rubl cərimələndikdən sonra sərbəst buraxılmışdı.

Xatırladaq ki, 1991-ci il oktyabrın 30-dan hər il Siyasi repressiyaların qurbanlarının xatirə günü qeyd olunur. Bu gün 1937-38-ci illərdə Stalin hakimiyyəti dönəmində törədilmiş cinayətə, «böyük terror»a həsr edilib.
# 514

Oxşar yazılar