İnquşetiya prezidenti Lent.az-a danışdı: “Bu sualı Kadırova verin...” - EKSKLÜZİV
Bu respublikanın Şimali Osetiya ilə sərhədində yerləşən “Çermen” postunda şəhid kəmərinin işə düşməsi nəticəsində ölənlər və yaralananlar var.
Yaraqlıların aktiv olduğu İnquşetiyada sabitliyi bərqərar etmək üçün respublika rəhbərliyi müxtəlif təsir mexanizmlərini işə salsalar da, hələ buna o qədər də uğurla nail ola bilmirlər. Amma İnquşetiya prezidenti Yunusbek Yevkurov Dağıstandakı və Çeçenistandakı həmkarlarından fərqli maraqlı bir addım atıb. O, respublika radio və telekanalları, habelə yazılı və elektron media vasitəsi ilə yaraqlılara müraciət edərək, silahı yerə qoyanların əfv olunacağını deyib. Məqsədinə çatmaq üçün prezident hətta şəxsi mobil telefonunun nömrəsini belə yaraqlılara ünvanlayıb, sutkanın istənilən vaxtı şəxsən ona zəng etməyin mümkünlüyünü bildirib.
Elə Lent.az-ın müxbiri ilə qısa söhbətində də İnquşetiya prezidenti bildirdi ki, onun bu addımı ilk effektlərini verməkdədir.
Əvvəl telefonu prezidentin köməkçisi götürdü. Özümüzü təqdim etdikdən sonra söhbətə də elə müraciətdən sonra ona olan zənglərlə bağlı başladıq:
- Müraciətdən sonra çoxlu zənglər gəlir. Bu zənglərin çoxu etimad, inam mahiyyətlidir. Mən bildirmişəm ki, onların cəmiyyətə adaptasiyasına və çox yüngül şəkildə cəzalandırılacaqlarına təminat verirəm.
- Ümumiyyətlə, hazırda respublikada vəziyyət necədir?
- Respublikada vəziyyət stabildir.
- Dünən “Çermen” postunda terror baş verdi...
- (Sözümüzü kəsir) Ora İnquşetiya ərazisi deyil, Şimali Osetiyanın ərazisindəki postdur.
- Bir qədər əvvəl Çeçenistanla İnquşetiya arasında ərazi mübahisəsi başlamışdı. Kadırov İnquşetiyanın Maloqbek rayonunun Çeçenistana verilməsi iddiası ilə çıxış edirdi. Buna münasibətinizi öyrənmək istərdik.
- Bu sualı mənə yox, Kadırova verin...
Səbuhi Məmmədli

Oxşar yazılar

Hər il 20 min insana çip taxılacaq
26 iyul 2025 , 05:51
Gizli milyardları olan dünya liderləri: birinci yerdə kimdir?
25 iyul 2025 , 15:30
Məşhur futbolçuların bərbərini milyarderlə səhv salıb OĞURLADILAR
25 iyul 2025 , 12:48
Qarabağa gələn Mixail Qusman işdən çıxarıldı
25 iyul 2025 , 01:01
Ermənistan hərbçisi özünü güllələdi
25 iyul 2025 , 00:50
Kadırov Türkiyədə ölümdən döndü
24 iyul 2025 , 20:50
Lukaşenkonun bu ölkəyə girişi həmişəlik qadağan olundu
24 iyul 2025 , 13:02