Cənubi Koreya Şimala yenə vərəqə «uçurdu»
23 oktyabr 2012 03:58 (UTC +04:00)

Cənubi Koreya Şimala yenə vərəqə «uçurdu»

Cənubi Koreya hakimiyyətinin qadağalarına baxmayaraq, ölkədə ictimai fəal insanlar Şimali Koreya Xalq Demokratik Respublikasına təbliğat yönlü vərəqələr atıblar.

Lent.az-ın «Associated Press»-ə istinadən məlumatına görə, bu yasağa səbəb Şimali Koreya hərbçilərinin cəbunlu qardaşlarını hədələməsidir. Bir neçə gün öncə rəsmi Pxenyan bəyan etmişdi ki, «ölkə rəhbərliyinin ləyaqətini aşağılayan» təbliğat xarakterli materiallar atılacağı halda Cənuba atəş açacaqlar.

Bu hədəyə cavab olaraq, Cənubi Koreyanın ordusu hərbi hazırlıq vəziyyətinə gətirilməklə yanaşı, həmsərhəd bölgələrdə yaşayan vətəndaşlara müvəqqəti olaraq, evlərini tərk etməmək məsləhət görülüb.

Ancaq ictimai fəallar küçəyə çıxaraq, polisə etirazlarını bildiriblər.
Qeyd edək ki, 2012-ci ildə yeni il münasibəti ilə cənublu ictimai fəallar şimallılara hava şarı ilə 100 kiloqram tort «uçurdublar».

Bu dəfə isə fəallar o taya 120 min təbliğat vərəqəsi göndərib.
# 813

Oxşar yazılar