« Bəziləri mənə Yəmənin Ərdoğanı deyir»
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Yəməndə səfərdə olub.
Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, o, Sanada ölkənin baş naziri Məhəmməd Salem Basendva ilə görüşüb. Kamera önünə keçəndə Yəmən hökumətinin başçısı maraqlı açıqlama verib: «Bəzi insanlar burada mənə «Yəmənin Erdoğanı deyir».Mən bundan qürur duyuram».
Əhməd Davaudoğlu Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğanın xoş diləklərini M.Salem Basendvaya çatdırıb.
Yəmənin baş naziri cavabında deyib: «Mənim də salamlarımı ona yetirin. Mən onu çox sevdim. İstanbulda özü ilə yaxşı görüş keçirdim. Mənə çox təsir etdi. Sağollaşmaq üçün yanıma gəldi».
Türkiyəli nazir yəmənlilərin Türkiyənin qardaşı olduğunu bildirərək, deyib: «Yəmənin baş naziri, Türkiyənin baş naziri kimidir».
Basendva Türkiyə-Suriya sərhədində baş verənləri diqqətlə izlədiklərini, «Suriyadakı rejimin artıq getmək vaxtının çatdığını» söyləyib.
Danışıqların sonrakı hissəsi mətbuat üçün qapalı keçirilib.

Oxşar yazılar

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO
20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü
20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü
20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu
20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı
20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı
19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI
19 iyul 2025 , 19:53