Hamis Qəddafi doğrudan həlak olub
21 oktyabr 2012 06:25 (UTC +04:00)

Hamis Qəddafi doğrudan həlak olub

Liviya Milli şurasının rəsmi sözçüsü Ömər Ahmidan ölkənin keçmiş lideri Müəmmar Qəddafinin oğlu Hamis Qəddafinin Bəni-Vəliddəki atışmada öldüyünü bildirib.

Lent.az-ın «Habertürk»ə istinadən məlumatına görə, o, atışma zamanı yaralanıb, Misrata aparılan zaman yolda keçinib.

Hamis Qəddafinin sağ tutuluduğu barədə əvvəllər açıqlamalar yayılmışdı. Bəzi mənbələr isə onun yaralı olaraq, tutulduğunu da bildirirdi. Hətta NATO bombardmanları zamanı onun yaralandığını və bundan sonra tutulduğu xəbəri də yayılmışdı.

Hamis Qəddafi inqilab zamanı ölkənin Zaviyə, Trablus, Misrata şəhərlərində müxalifətə qarşı əməliyyatlara başçılıq edənlərdən olub.
# 1123

Oxşar yazılar