Əsəd: “ Türkiyənin müharibə elan etməsinə heç bir səbəb yoxdur”
11 oktyabr 2012 15:34 (UTC +04:00)

Əsəd: “ Türkiyənin müharibə elan etməsinə heç bir səbəb yoxdur”

Lent.az-ın verdiyi məlumata görə, Suriya prezidenti Bəşər Əsəd bunu Türkiyənin “Aydınlık” qəzetinə müsahibəsində söyləyib.

Bəşər Əsəd deyib ki, Suriya Türkiyəyə həmişə qardaş münasibəti bəsləyib. O, Türkiyənin Suriyaya müharibə elan etməsi üçün heç bir səbəb olmadığını bəyan edib. Suriya prezidenti bildirib ki, hələ oktyabrın 3-də Türkiyənin Akçakale rayon mərkəzinə artilleriya mərmisi düşməzdən əvvəl rəsmi Dəməşq sərhəddə təxribatın olacağı barədə Ankaranı məlumatlandırıb: “Sərhəddə silahlı müxaliflər var. Hələ ilk gün öncədən sərhəddə təxribatların olacağı barədə Türkiyə tərəfini məlumatlandırmışdıq. Oktyabrın 3-də Akçakaleyə düşən mərmini müxaliflərmi atdı, yoxsa Suriya ordusunun bir mərmisi hədəfdən yayınaraq Türkiyə ərazisinə düşdü, bunların araşdırılması lazımdır. Akçakale olayının iki ölkənin birlikdə araşdırmasını tövsiyyə etdik. Biz oktyabrın 5-də də sərhəddə yeni təxribatların olacağı barədə xəbərdarlıq etdik. Polkovnik Yusef Cabir, leytenant Əhməd əl-Əhməd ilə silah qaçaqmalçısı Əhmədi Selimin iki ölkə münasibətlərini pozmaq üçün Türkiyə ordusunun bazalarına artilleriya və raketlə güclü bir hücum planlaşdırdıqlarını bildirmişik. Bütün problemlər danışıqlar yolu ilə həllini tapmalıdır”.

Suriya prezidenti Türkiyə ilə dialoqun dayanmasına görə də rəsmi Ankaranı günahlandırıb və bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərdiyini vurğulayıb.
# 1347

Oxşar yazılar

Xəbər agentliyinin prodüseri BELƏ HƏBS EDİLDİ  -VİDEO

Xəbər agentliyinin prodüseri BELƏ HƏBS EDİLDİ -VİDEO

27 aprel 2024 , 21:56
Keniyada 76 nəfər  həlak oldu

Keniyada 76 nəfər həlak oldu

27 aprel 2024 , 20:49
Arvadını öldürüb əvəzinə seks kuklası aldı  - Ağlagəlməz OLAY

Arvadını öldürüb əvəzinə seks kuklası aldı - Ağlagəlməz OLAY

27 aprel 2024 , 19:31
Hərbçilər öz kəndlərinin 220 sakinini  edam etdi - 56-sı uşaqdır

Hərbçilər öz kəndlərinin 220 sakinini edam etdi - 56-sı uşaqdır

27 aprel 2024 , 10:12
Helikopter qəzaya uğradı, 8 ölü var

Helikopter qəzaya uğradı, 8 ölü var

27 aprel 2024 , 06:25
Tornado bölgələri vurdu, yaralılar var

Tornado bölgələri vurdu, yaralılar var

27 aprel 2024 , 05:57
 DƏHŞƏT:   Bir ailə toyda yanaraq öldü

DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü

27 aprel 2024 , 04:59
Belçikadan Ukraynaya hava dəstəyi

Belçikadan Ukraynaya hava dəstəyi

27 aprel 2024 , 01:56