Təbrizdə 19 restoran qapadılıb, 62 nəfər tutulub
11 oktyabr 2012 07:18 (UTC +04:00)

Təbrizdə 19 restoran qapadılıb, 62 nəfər tutulub

Yayda isti havalarda əsasən, qadınların hicab qaydalarına əməl etməsinə nəzarət edilirdisə, soyuqda daha çox bağlı yerlər, çayxana və restoranlarda bu istiqamətdə «yoxlamalar» aparılır.

Ötən gün Təbriz polisi «şəriət qaydalarını pozan obyektləri aşkar etmək» üçün 75 restoranda reyd keçirib. Şəhər Polis İdarəsi ictimai iaşə obyektlərinə nəzarət şöbəsinin rəisi Əlirza Hünərdust bu barədə açıqlama verib.

O, 19 restoranın bağlandığını deyib: “Əməliyyat nəticəsində fəaliyyəti dayandırılan restoranlarda şəriət qaydalarının pozulduğunu aşkar etdik. Həmin obyektlər müştərilərə gənclərin çox maraq göstərdiyi qəlyanlar təklif edirlər. Ora kişilərlə yanaşı, qadınlar da gedir və başları açıq şəkildə qəlyan çəkərək, oğlanların diqqətini cəlb edirlər. Şəriət qaydalarına əməl edilmədiyi üçün 19 restoranın qapısına möhür vuruldu, reyd zamanı həbs edilən 62 nəfər isə polis idarəsinə təhvil verildi. İstintaq bitəndən sonra onların məhkəməsi keçiriləcək”.
# 965

Oxşar yazılar

İndoneziyada güclü zəlzələ  baş verdi

İndoneziyada güclü zəlzələ baş verdi

28 aprel 2024 , 01:31
Xəbər agentliyinin prodüseri BELƏ HƏBS EDİLDİ  -VİDEO

Xəbər agentliyinin prodüseri BELƏ HƏBS EDİLDİ -VİDEO

27 aprel 2024 , 21:56
Keniyada 76 nəfər  həlak oldu

Keniyada 76 nəfər həlak oldu

27 aprel 2024 , 20:49
Arvadını öldürüb əvəzinə seks kuklası aldı  - Ağlagəlməz OLAY

Arvadını öldürüb əvəzinə seks kuklası aldı - Ağlagəlməz OLAY

27 aprel 2024 , 19:31
Hərbçilər öz kəndlərinin 220 sakinini  edam etdi - 56-sı uşaqdır

Hərbçilər öz kəndlərinin 220 sakinini edam etdi - 56-sı uşaqdır

27 aprel 2024 , 10:12
Helikopter qəzaya uğradı, 8 ölü var

Helikopter qəzaya uğradı, 8 ölü var

27 aprel 2024 , 06:25
Tornado bölgələri vurdu, yaralılar var

Tornado bölgələri vurdu, yaralılar var

27 aprel 2024 , 05:57
 DƏHŞƏT:   Bir ailə toyda yanaraq öldü

DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü

27 aprel 2024 , 04:59