Tiflisdə müxalifətin mitinqi başa çatdı – HADİSƏ YERİNDƏN -
29 sentyabr 2012 19:04 (UTC +04:00)

Tiflisdə müxalifətin mitinqi başa çatdı – HADİSƏ YERİNDƏN -

Tiflisin mərkəzindəki Azadlıq meydanında Gürcüstanın əsas müxalifət partiyası olan “Gürcü arzusu” Partiyasının keçirdiyi mitinq başa çatıb. Lent.az-ın Tiflisdə olan müxbiri Səbuhi Məmmədlinin verdiyi məlumata görə, hazırda paytaxt Tiflisin Rustavelli prospekti, Puşkin küçəsi, eləcədə də digər mərkəzi küçə və prospektləri insanlarla doludur.

Şəhərdə nəqliyyatın hərəkəti dayandırılıb, mərkəzdə olan 6-7 metro stansiyası bağlanılıb. 4 istiqamətdən Azadlıq meydanına yürüş edən 10 minlərlə mitinq iştirakçısı Azadlıq meydanında birləşərək, hazırkı prezident Mixail Saakaşvilinin istefasını tələb ediblər.

Mitinqdə müxalifət lideri Bidizna İvanişvili çıxış edərək, Mixail Saakaşvilinin siyasətini kəskin tənqid edib. O, bildirib ki, partiyası qalib gələrsə, Gürcüstanda kiçik də olsa biznesin qurulmasına şərait yaradacaq, ölkənin inkişafına nail olacaq. Rusiyaya meylli siyasətçi adlandırılmasına baxmayaraq Bidizna İvanaşvili Gürcüstanın demokratikləşməsinə, qərbə inteqrasiyasının gücləndirməsinə nail olacağını deyib.

Mitinqə eks-prezident Eduard Şevardnadzenin qatılacağı gözlənilsə də, bu xəbərlər özünü doğrultmayıb.

Yerli jurnalistlər mitinqdə 100 minə yaxın insanın iştirak etdiyini iddia edirlər.

Səbuhi Məmmədli, Tiflis
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2573

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26