Cənub qütbünün sirri –TARİX –
Robert F. Skottun ekspedisiyası 1901-1904-cü illər arasında 3 il müddətində Cənub qitəsini öyrənmişdi. İngilislər Antarktidanın sahillərinə yanaşaraq dənizi və Rossa buzlağını tədqiq edirlər.
Sonra onlar materikin içərilərinə doğru irəliləməyə çalışır və müəyyən nəticələr əldə edir. Skott, materikin dərinliklərinə doğru irəliləyərkən sahildən 40-50 km aralıda qaya, qayanın zirvəsində isə qalın buz qatları ilə maskalanaraq örtülmüş baca görür. Gördüyündən heyrətə gələn Skott və onun yol yoldaşları çətinliklə də olsa bir neçə buz plitəni tərpədə bilirlər. Onlar aşağıya doğru uzanan boru polad pilləkənlər görürlər. Heyrətlənmiş ingilislər uzun müddət aşağı enməyə cürət etməsələr də, sonra risk etmək qərarına gəlirlər. 40 metrdən artıq dərinlikdə onlar ət məhsulları ilə təchiz edilmiş ərzaq bazası aşkar edirlər. Xüsusi konteynerlərdə səliqəli şəkildə qoyulmuş isti geyimlər də vardı. Skott və yoldaşları uzun müddətli, uzaq və təhlükəsiz ekspedisiya üçün ciddi hazırlaşsalar da bu cür keyfiyyətli hazırlığa rast gəlməmişdilər.
Skott paltarların hamısına diqqətlə baxdıqdan sonra belə qənaətə gəlir ki, onların üstündəki etiketləri çox səliqəli şəkildə kəsib çıxarıblar ki, sahibinin kimliyi bilinməsin. Lakin kiminsə səhlənkarlığı ucbatından paltarlardan birinin etiketi üstündə idi: “Yelisey Matveyevin geyim arteli”. O anda səyyahlar bu rus yazısının nə anlama gəldiyini başa düşməsələr də, Skott bu geyimdəki etiketin üzərindəki yazıları səliqəli şəkildə öz bloknotuna köçürür. Onlar bu məkanda özlərini çox narahat hiss edirlər və gecikmədən oranı tərk edirlər.
Əsas bazaya çatmağa bir xeyli qalmış səyyahlardan biri düşünür ki, gərək oradakı ərzaqlardan götürərdilər, çünki öz ərzaqları bitmək üzrə idi. Başqa biri təklif edir ki, geri qayıtsınlar, lakin Skott düşünür ki, bu düzgün deyil. Çünki o yeməkləri kimsə özü üçün hazırlayıb. Lakin onun bu qərarında daha çox dəhşət və qorxu var idi.
Böyük torpağa gəldikləri zaman o, uzun müddət ictimaiyyətə buzlaq səhrasında təchiz olunmuş sirli zirzəmi haqqında məlumat vermək istəmir. Lakin ekspedisiyanın işi ilə bağlı məruzədə Skott tapıntı haqqında ətraflı məlumat verir. Amma Britaniya Coğrafiya Cəmiyyətinə verilən bütün sənədlər sonradan müəmmalı şəkildə yoxa çıxır.
Qarabasma
Bir neçə il sonra Cənub qütbünə digər bir ingilis tədqiqatçısı - E. Şeklton yola düşür. Lakin o, nə qədər axtarsa da, heç bir zirzəmi, ərzaq və isti paltarlar tapmır. Güman edir ki, ya Skottun təsvir etdiyi koordinatları tapa bilməyib, ya da anbarın sahibləri “dislokasiya” yerini dəyişiblər. Öz gündəliklərində ingilis səyyah Cerli adlı yol yoldaşının başına gələn qəribə əhvalatdan danışır. Qəfil başlayan qar tufanında Cerli itir. Lakin bir həftə sonra yoldaşlarını tapır və onlara qoşulur. Bununla belə, o, heç də qorxmuş və narahat görünmürdü və hansısa dərin hövzədən danışırdı. Orada quşlar uçur, otlar və ağaclar bitir. Deyirdi ki, bu hövzəyə o təsadüfən gedib və orada bütün gününü keçirib. “Bizim heç birimiz ona inanmadıq. Düşündük ki, yazıq qarabasma görüb” – deyə, Seklton qey edir.
Uğursuz və son səfər
Qütb istiqamətində Şeklton irəliyə gedə bilmədi. “Zirvə” fəth olunmamışdı və yenə də əvvəlki kimi səyahətçiləri cəlb edirdi. Cənub qütbünü fəth etmək üçün yollananlar arasında yenə də F. Skott vardı. Lakin onu norveçli R. Amundsen qabaqlayır. O, 1911-ci ilin dekabrın 14-də məqsədə nail olur. Bir müddət sonra – 1912-ci il yanvarın 18-də Cənub qütbünə daha bir ekspedisiya qrupu - R. Skottun rəhbərlik etdiyi qrup gəlir. Lakin əsas düşərgədən 18 km məsafədə səyyahlar həlak olur.
Ölənlərin cəsədlərini, qeydlərini 8 ay sonra tapırlar. Axtarış gedən zaman isə əsas düşərgədə ingilis dilində yazılmış kağız tapılır: “Skott və onun yoldaşları buzlaqdan sürüşüblər. Onların ərzaqları və əşyaları dərin çatların arasına düşüb. Əgər yaxın həftələrdə səyyahlara kömək göstərilməsə, onlar həlak olacaqlar”. Bu xəbərdarlığa heç kim əhəmiyyət vermir. Ola bilsin ki, yazılanları səyyahlardan birinin zarafatı, ya də təxribatı hesab ediblər. Bəlkə elə bunu da qarabasmaya yozublar?!
Buna baxmayaraq, kağızda səyyahların yeri dəqiq göstərilir. Ekspedisiyadan sonra tapılan gündəlikdə maraqlı qeydlərə rast gəlinir: “Biz ərzaqsız qalmışıq, özümüzü təhqir olunmuş hesab edirik, özümüzün qardan hazırladığımız mağaraya sığınmışıq. Oyandıqda girişdə ət konservləri, bıçaq, suxarı və təəccüblü olsa da dondurulmuş ərik vardı”. Bütün bunlar haradan idi? Skott və yoldaşları bunu bilmədilər. Təəssüf ki, ərik və suxarı çox tez bitir. Ərzaq bir neçə gündən sonra tamamilə tükənir. Görünür onlara kömək etmək istəyənlər düşünüblər ki, onlara çatdırılan xəbərdarlıq kağızını oxuduqdan sonra çətin vəziyyətdə qalan səyyahların ardınca həmvətənləri gələcəklər. Lakin…
Bəşəriyyətin ilk vətəni?
Buz mağaranı kimlər təchiz etmişdi? Cerli harada gizlənmişdi? Skottun ekspedisiyasına kömək etmək istəyən kim idi? Bütün bu suallara dəqiq cavab olmasa da, müəyyən ehtimallar var.
XVIII əsrdən başlayaraq tədqiqatçıları planetin cənub torpaqlarını tədqiq etmək istəyinə düşmüşdülər. Bir çox əfsanələrdə deyilirdi ki, çox böyük ehtimalla bəşər cəmiyyətinin ilk vətəni məhz ora olub. Cənub qütbü yalnız XX əsrin əvvəllərində fəth olundu. Və Antarktidanın tam mərkəzində olan hər bur şəxs səyahətdən qayıdarkən sirli hadisələrlə barədə danışırdı. Məntiqi izahı bəzən çox çətin olan bu məlumatlar Cənub qütbünə elmi ekspedisiyaları daha da intensivləşdirdi. Tezliklə dünyanın yaranmasına dair qədim mifləri yeni məlumatlarla uzlaşdıran alman alimi Henrix Efraim Veber elan etdi: bütün bəşəriyyətin ilk vətəni uzaq, sirli və qeyri-müəyyən torpaq - Antarktidadır. Bir çox tədqiqatçılar da Veberi müdafiə edirdilər. Doğurdan da hesab edilə bilər ki, müəyyən fövqəltəbii qüvvələr tədricən primitiv və azsaylı xalqların yaşadıqları qitələrdə məskunlaşıblar və özləri ilə unikal elmlər gətiriblər. Bundan başqa, geologiya üzrə alimlər yüz il davam edən müzakirələrdən sonra yekdil nəticəyə gəliblər ki, milyonlarla illər əvvəl Yer üzündə Hondvana adlanan vahid qitə mövcud olub. Planetar fəlakətlərdən sonra hissələrə parçalanaraq Amerika, Avstraliya, Avrasiya, Afrika, Antarktida və Arktoqeyə çevrilib. Sonuncu şimala doğru “üzüb” və “kiçilərək” bugünkü Qrenlandiyaya çevrilib. Atlantida isə əbədiyyətə qovuşub. İndi bəzi ehtimallar da səsləndirilir ki, ola bilsin 6-cı qitə -Antarktida elə Atlantida və Arktoqeydir.
Maraqlıdır ki, Antarktidanı bir çox alimlər doğurdan da bəşəriyyətin ilk vətəni hesab edirlər. Amma sübut edən materiallar isə çox azdır. Hətta bu məlumatlar isə daha çox fərziyə şəklindədir. İstənilən halda, Cənub qitəsinə olan maraq sönmür.
Kim bilir, bəlkə dövrümüzün beynəlxalq ekspedisiyaları buzların dibində saxlanmış qədim sivilizasiyaların sirlərini açmağa kömək edəcəklər? Ya da insanların bu günə qədər bilmədiklərini açacaqlar?
Yaqut Əliyeva

4294