İran Suriyaya yardımı dayandırmayıb
Lent.az-ın «Röyter»ə –istinadən məlumatına görə,Tehran Suriyadakı üsyanı yatırmaq üçün İraqın hava məkanından istifadə edərək, sərnişin təyyarələri ilə Dəməşqə hərbiçi külli miqdarda silah daşıyıb.
Mənbənin məlumatında bildirilib ki, ABŞ Tehranın yaxın müttəfiqi olan rəsmi Dəməşqə bu sayaq yardım daşıdığından şübhələnilən İran təyyarələrinin İraq hava məkanından istifadə etməsinə dair Bağdaddan izahat istəyib. İraq isə hava məkanından silah daşınmasına icazə vermədiyini bildirib.
Hesabatda Suriyaya silah daşınması ilə İran İslam İnqilabı Keşikçilər Qvardiyasının məşğul olduğu bildirilir. Eyni zamanda hesabatda İrandan İraq yoluyla az qala hər gün uçan təyyarələrin qvardiyaçıları və üsyançılara qarşı döyüşən Suriya təhlükəsizlik qüvvələri, milislərinə tonlarla silah daşıdığı vurğulanıb.
Hesabatda həmçinin İranın Suriyaya Türkiyə hava məkanından istifadə etməklə silah daşıya bilmədiyi qeyd olunub. Buna səbəb kimi isə Türkiyənin Suriya ilə bağlı mövqeyi göstərilib.
ABŞ Maliyyə Nazirliyi humanitar yardım adı altında Suriya rejiminə silah-sursat daşıyan 117 İran təyyarəsinə sanksiya qoyduğunu bəyan edib.
ABŞ maliyyə nazirinin çirkli pulların yuyulması və terrorizmə qarşı mübarizə üzrə müavini Devid Kohenin yaydığı bəyanatda deyilir ki, “İranAir”, “MahanAir” və “YasAir” aviasiya şirkətlərinə məxsus təyyarələr Suriya xalqını əzmək üçün Bəşər Əsəd rejiminə ardıcıl olaraq hərbi sursat və kütləvi qırğın silahları daşıyıb: “İran hökuməti bu ilin yayında həmin aviasiya şirkətlərinin Dəməşqə uçan sərnişin təyyarələri vasitəsi ilə Suriyaya hərbi silah və avadanlıq göndərib. Livandakı “Hizbullah” təşkilatı da bu işə yardım göstərib”.

Oxşar yazılar

Süveydada təhlükəli olay
3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO
3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO
3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var
3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb
3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ baş verdi
3 avqust 2025 , 07:50
Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi
3 avqust 2025 , 06:02