Ukraynada tank qəbiristanlığı - FOTO
21 sentyabr 2012 17:59 (UTC +04:00)

Ukraynada tank qəbiristanlığı - FOTO

Ukrayna dünyada döyüş tanklarının satışına görə ön yerdə dayanan ölkələrdəndir. Lent.az-ın məlumatına görə, Ukraynanın tank satdığı ölkələr arasında əsas yeri Afrika və bəzi Cənubi Amerika ölkələri tutur. Son 10 ildə Cənubi Qafqaz regionundan Azərbaycan və Gürcüstanın tank alımlarında Ukraynanın xüsusi yer tutması diqqət çəkir. Belə ki, BMT Adi Silahlar Registrində yer alan məlumatlara görə, 2001-2011-ci illərdə Azərbaycan Ukraynadan 48 ədəd, Gürcüstan isə 91 ədəd T-72 tankı satın alıb.

Əslində keçmiş Sovet modeli olan tankların satışını həyata keçirən Kiyev son illərdə keçmiş Sovet modellərinin bazasında «Oplot» və «Bulat» kimi tankları hazırlayıb dünya bazarlarına çıxarmağa başlayıb.

Ukraynada tank istehsalı və təmiri ilə əsasən Xarkovdakı Zirehli Tankların Təmiri Zavodu məşğul olur. Keçmiş SSRİ-nin bu sahədə ixtisaslaşmış ən böyük müəssisələrindən olan bu zavodun həyətində ötən əsrin 70-ci illərində təmir üçün yola salınmış tanklar qalmaqdadır. Hazırda Ukrayna da imkanlar daxilində məhz həmin tankları təkmilləşdirərək ixrac edir.

Xarkov Zirehli Tankların Təmiri Zavodu bu gün Ukraynada «tank qəbiristanlığı» kimi də tanınır. Bu qəbiristanlıqda SSRİ-nin müəssisələrində istehsal edilmiş istənilən model tanka rast gəlmək mümkündür.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2938

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26