Son zamanlarda dünyaca məşhur şəxslər şort ətəklərə daha çox üstünlük verir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəbin yaradıcısı "Challengers" adlı filmdə baş rolu ifa edən aktrisa Zendayadır. Filmin populyarlığı sayəsində yeni bir moda ortaya çıxıb.
Zendaya ilə yanaşı müğənni Teylor Svift də şort ətəkdə ictimaiyyət qarşısına çıxıb. Bu cür şortlar daha çox rahatlığına görə bu qədər məşhurlaşıb.