Saçınızı  düyü suyu   ilə yuyun -  Çox effektivdir
27 noyabr 2023 19:27 (UTC +04:00)

Saçınızı düyü suyu ilə yuyun - Çox effektivdir

Hələ qədim vaxtlardan saç sağlamlığı ən aktual mövzulardan olub. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Heian dövrünün yapon saray xanımları (794-1185-ci illər arasında) saçlarını hər gün düyü suyu ilə darayırdılar. Əslində saçı düyü suyu ilə yumaq Hindistan, Çin, Koreya və Yaponiyada əsrlər boyu istifadə edilən məşhur bir vərdiş olub. 

Bəs, çoxdan sevilən bu gözəllik trendi həqiqətən təsirlidirmi? Dermatoloqların fikrincə, fermentləşdirilmiş düyü suyu bütün saç növlərini sağlam etmək üçün əla yoldur.  

Düyü suyu nədir?

Düyü yuyulduqdan sonra dibinə nişastalı suyu çökür. Elə bu su da saçlarınız üçün əla seçimdir. Sadəcə düyünün üzərinə soyuq su tökün, onu yuyun, iki dəfə süzün. Daha sonra yenidən su ilə doldurun və onu əllərinizlə qarışdırarkən suyun dibə oturmasına imkan verin. Suyu bir az saxlayın.

Dermatoloq Mişel Henriyə görə, həmin suyun qatılaşmağa yola verilən düyü suyunda antioksidan səviyyələri artır. Buna görə də onu otaq temperaturunda bir və ya iki gün buraxıb, daha sonra soyuducuda saxlaya bilərsiniz.

Saç üçün düyü suyunun faydaları 

Tədqiqatlar göstərir ki, saçlarınızı düyü suyuna tökmək saçın parlaqlığını qoruyub saxlamağa və saçın sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər. B vitamini, E vitamini saç və baş dərisini hamarlaşdırmağa və nəmləndirməyə xidmət edir.

Üstəlik, düyü suyunun dəri üçün də yaxşı olduğu deyilir. Zədələnmiş dərinin sağalmasına kömək edir, zamanla onun su maneəsini yaxşılaşdırır.

Saç üçün düyü suyunu necə istifadə etmək olar?

Yumazdan əvvəl və ya sonra saç dərinizə və saçlarınıza maska kimi düyü suyu yeritmək tövsiyə edilir.  Düyü suyunu baş dərinizə və saçınıza çəkin və 20 dəqiqə saxlayın, sonra şampunla yaxşıca yuyun. Sonda nəticədən razı qalacaqsınız. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10989
avatar

Sevinc Fərid

Oxşar yazılar