Dünyaca tanınmış futbolçu Kriştianu Ronaldo bu dəfə bahalı saatı ilə gündəmə gəlib.
Lent.az xəbər verir ki, futbolçu “Jacob & Co” markasından olan yeni saatını 1 milyon 324 min manata alıb. Onun korpusu ağ qızıldan, qayışı isə “alligator” dəridən hazırlanıb. O yaşıl rəngindədir. Saatın yaşıl rəngdə olması İslam dininin simvolu kimi ifadə edilib.
Məlumata görə, saat yalnız Ronaldo üçün bir ədəd istehsal edilib.
Qeyd edək ki, Kriştianu Ronaldo 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanının “Əl-Nasr” Futbol Klubu ilə müqavilə imzalayıb.