Məhkumların  MODELYERİ öldü:   Həbsxanada moda nümayişi...
04 fevral 2022 23:32 (UTC +04:00)

Məhkumların MODELYERİ öldü: Həbsxanada moda nümayişi...

Çılğın işləri ilə tanınan məşhur kataloniyalı modelyer Antonio Miro vəfat edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qeyri-qanuni mühacirləri və məhkumları geyindirərək kolleksiyalarını uçuş zolağında tanıtması ilə məşhur olan kataloniyalı modelyer 74 yaşında həyatla vidalaşıb.

1947-ci ildə Barselonada Sabadell yaxınlığında dünyaya gələn Antonio Miro 1960-cı illərdə, hələ 20 yaşında ikən dükan açıb və öz paltarlarını satmağa başlayıb. 1976-cı ildə öz brendini yaradıb.

O, Kataloniya Regional Polisinin geyimlərini, eləcə də 1992-ci il Barselona Olimpiadasında istifadə edilən paltarları dizayn edib.

O, həm də çılğın modelyer idi. Barselonadakı moda nümayişində qış kolleksiyasını təqdim edərkən 2007-ci ildə İspaniyaya qaçan 8 seneqallı mühacirdən model kimi istifadə edib. Bir il sonra bu dəfə həbsxanadakı məhbusları moda nümayişinə çıxarıb.
 

# 2229
avatar

Fidan İlqar

Oxşar yazılar