Sosial gözəli kimi tanınan Paris Hilton bir müddətdir ki, “Ana Paris Hilton” obrazı ilə gündəmə gəlir.
Lent.az xəbər verir ki, Hilton son zamanlar oğlunun şəkilləri və analıq macərası ilə çox danışılır.
O, nəhəng “Hilton” otellər şəbəkəsinin varisi, dünyanın ən zəngin ailələrindən birinin qızıdır.
Eşq macəraları, münasibətlərində xoşbəxtlik tapa bilməməsi, sürətli gecə həyatı səbəbi ilə adının dəfələrlə qalmaqallara qarışması və 4 dəfə nişanlanması ilə gündəmə gələn 42 yaşlı ulduz indi evli, uşaqlı, xoşbəxt qadın kimi tamam başqa həyat yaşayır.
Axtardığı xoşbəxtliyi nəhayət investor və sahibkar iş adamı Karter Reumla tapan Paris Hilton 11 noyabr 2021-ci ildə möhtəşəm bir toyla evləndi Babası Barron Hiltonun “Bel Air”dəki möhtəşəm malikanəsində keçirilən və 3 milyon dollara başa gəldiyi deyilən toy bütün həftəsonu davam edən şənliklərə səhnə olub.
Varlı gözəlin toyu zaman demək olar ki, bütün moda evləri, dizaynerlər onu geyindirmək üçün yarışırdı. Belə ki, Hiltonun 45 fərqli gəlinliyi var idi. Ancaq Paris onlardan sadəcə 6-sını geyindi.
Aktrisa müsahibəsi zamanı gəlinlikləri barədə danışıb. O bildirib ki, özünü kraliça kimi hiss etdiyi gəlinlikləri seçib.
Həmin gəlinliklərin bir neçəsini təqdim edirik: