Türkiyənin xalq sənətçisi Bedia Atatürk etdirdiyi estetik əməliyyatına görə tənqid olunub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 81 yaşlı ifaçı üz gərmə əməliyyatı etdirib.
Onun bu addımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub və bir çox izləyici tənqid edib.
Sənətçi tənqidlərə cavab olaraq deyib:
“Dünyada iki şeyə aşiqəm - türkülərə və xalqıma. Xalqım üçün türkü söyləyirəm. Onların qarşısında da gözəl simada çıxış etmək istəyirəm.
Qınayanlar mənim yaşıma çatsın, sonra danışarlar. Həmin insanların cəsarətləri, enerjiləri varsa, buyurub gəlsinlər”.