Ən zövqlü   geyinən CÜTLÜKLƏR
26 oktyabr 2023 16:07 (UTC +04:00)

Ən zövqlü geyinən CÜTLÜKLƏR

Britaniyanın “Karen Millen” geyim brendi dünyada ən dəblə və zövqlə geyinən məşhur cütlüklərin adlarını açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, reytinqin ilk sırasında Britaniya kral ailəsinin üzvləri şahzadə Uilyam və xanımı Keyt Middlton yer alıblar.

İkinci yerdə müğənni Castin Biber və xanımı Xeyli Biber, üçüncü yerdə model Kendal Canner və əri reper Bad Banni dayanırlar. 

Teylor Svift və əri Trevis Kelsi, şahzadə Harri və Sassek hersoginyası Meqan Markl  müvafiq olaraq dördüncü, beşinci yerlərdə dayanırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5595
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar