Dünyaca məşhur alt paltarı markası “Victoria's Secret”in "Mələklər"i geri dönüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur alt paltarı markası rəqibləri Aerie, Rihannanın "Savage X Fenty" firmalarına görə bazar hakimliyini itirib.
Bundan əlavə, şirkət koronavirus pandemiyası zamanı ticarət mərkəzlərinin bağlanması səbəbindən 72 milyon dollar itirib. Bütün bunlardan sonra brend azalan satışlarını bərpa etmək üçün keçmiş “Mələklər”dən ibarət heyət yaratmağa qərar verib.
Şirkətdən bildirilib ki, "The Icon" adlandırdıqları yeni kampaniyaları üçün supermodellər Jizel Byundhen, Naomi Kempbell, Kendis Sveynpol və Adriana Limanı seçib.
Kampaniyadan yayımlanan fotoşəkillərdə ən diqqət çəkən ad isə yeni kolleksiyadan qara gecəlik geyinən Adrina Lima olub.