Həkim dar cins şalvar geyinməyin sağlamlıq üçün niyə təhlükəli olduğunu izah edib.
Lent.az xəbər verir ki, bununla bağlı dermatoveneroloq və kosmetoloq Aleksandra Fileva danışıb.
Onun sözlərinə görə, tez-tez və uzun müddət dar geyinsəniz, çanaq nahiyəsində və aşağı ətraflarda qan dövranı pozulacaq. Bu, ayaqlarda ağrı, uyuşma və narahatlığa, bud və baldır əzələlərində qıcıqlanmaya səbəb ola bilər.
Fileva əlavə edib ki, kişilərdə uzun müddət dar cins şalvar geyinmək qasıq nahiyəsində temperaturun artmasına və bu, seminal mayenin keyfiyyətinin pisləşməsinə, qadınlarda isə vaginal kandidozun kəskinləşməsinə səbəb ola bilər.
Bundan əlavə, qarının müntəzəm olaraq sıxılması həzm sisteminin düzgün işləməməsinə gətirib çıxarır. Mədə şirəsi yemək borusuna axacaq və insan mədə yanmasından əziyyət çəkməyə başlayacaq.