Həkimlər büstqalterdə yatmağın təhlükələri haqqında danışıb.
Lent.az xəbər verir ki, evdə büstqalterlə gəzmək və yatan zaman onu çıxarmamaq sağlamlıq üçün mənfi təsir edir.
Mütəxəssislərin sözlərinə görə, sizi sıxan büstqalter limfa mayesinin axını pozur və bu, zərərli maddələrin bədəndən çıxarılmasının qarşısını ala bilər. Nəticədə döşün şişməsi və rənginin dəyişməsi baş verə bilər.
Bundan əlavə, daim büstqalter taxmaq birləşdirici toxumaları zəiflədir. Yuxu zamanı büstqalter insanın keyfiyyətli dincəlməsinə imkan vermir. Həkimlər bildirir ki, insan gecə nə qədər az geyinsə, yuxusu bir o qədər rahat olar.