Bu yayın  dəbli saç   modelləri
26 fevral 2024 18:48 (UTC +04:00)

Bu yayın dəbli saç modelləri

Tanınmış saç ustalarından biri olan Jen Atkin spiral qıvrım saçların bu yayın əsas dəbi olacağını açıqlayıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər yay mövsümündə spiral şəklində qıvrımlara, başın arxa hissəsindən qısaldılmış və üzə qədər uzanan saç telləri olan küt kəsikli “bob” modellərə diqqət çəkiblər. 

Bundan əlavə, 90-cı illər üslubunda dağınıq, həcmli qıvrımlar və saç düzümləri populyarlaşacaq. Bundan əlavə, reper Lizzo və aktrisa Lily James ilə çox məşhur olan kəkillər xüsusi vurğulanıb.

Trend olan saç düzümləri siyahısına boho hörükləri, super qısa saç düzümləri və zərif at quyruğu da daxildir. 

Mütəxəssislər həmçinin, yayda məşhur olacaq rəng seçimlərindən də danışıblar. Onların sözlərinə görə, tünd qırmızı, qara və platın sarı rənglər trend saç rəngləri arasındadır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4932
avatar

Sevinc Fərid

Oxşar yazılar