“Instagram” və “TikTok”un makiyaj trendlərini müəyyən etdiyi bu dövrdə klassik görünüşləri bir kənara qoyub, mövsümün gözə çarpan makiyaj növlərinə diqqət yetiririk.
Lent.az bu ilin dəbdə olan 5 makiyaj trendini təqdim edir:
Təbii parlaqlıq
Təbii dəri səthinin önə çıxdığı makiyajlar hər il olduğu kimi bu il də dəbdədir. İncə bir tonal kremlə əldə edəcəyiniz bu təbii görünüşünü dodaq rənginə yaxın şaftalı tonlu pomada ilə tamamlaya bilərsiniz.
Zamansız qırmızı
Retro üslublu saç modelini qırmızı pomada ilə tamamlayan bu makiyaj növü qadınların zərif görünməsinə daha da şərait yaradır. Bu yay qırmızı dodaq boyalarını çox görəcəyik.
Rəngarənglik
Bahar enerjisini rəngli göz makiyajından daha yaxşı təsvir edən nə var ? Xüsusilə neon parlaqlığı olan çəhrayı tonlar sezonun önə çıxan rənglər arasındadır. Həmçinin, çəhrayı rəngləri təkcə gözlərdə deyil, yanaqlarda və dodaqlarda da istifadə etmək bu ilin trendidir.
Dramatik görünüşlər
Gözlərdəki tünd tonlar makiyaja daha bir dramatik atmosfer qatır. İstifadə edilən pomada rəngindən daha tünd tonlu qələm çəkmək dodaqlarınızın həcmli görünüşü üçün çox vacib faktordur.
Nostalji havası
Bu il 90-cı illərin məşhur makiyaj trendlərinin geri döndüyü bu sezon olacaq. Səliqəli layner çəkmək göz makiyajınızın püf nöqtəsi olacaq. 90-cı illərin buz mavisi tonlardakı göz rəngləri daha da ön plana çıxacaq.