Narıncı metal rəngi bu payız xanımların sevimli dırnaq boyasına çevriləcək.
Lent.az-ın xəbərinə görə, dəb aləmində bu payız sarıya üstünlük verilir. Sarı geyimli xanımların geyimini isə kəhrəba rəngli manikür tamamlayacaq.
Mütəxəssislər kəhrəba dırnaq dəbinin trendə çevriləcəyini bildirirlər.
“Pişik gözü” parıltı effekti əlavə olmuş kəhrəba dırnaqlar bu payızın son yeniliyi sayılır.