Bahalı brend çılpaq qadın bədəni formasında geyim hazırlayıb. Fransanın Jean-Paul Gaultier brendi qadın bədəni illüziyası yaradan yeni geyimin nümayişini keçirib.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, bu barədə geyim markasının saytında məlumat verilib.
İnsan dərisi rəngində olan kombinezon və donların üzərində tatu döyülmüş çılpaq qadın bədəni təsvir olunub. Bu paltarı geyinən adam kənardan baxınca ilk baxışda çılpaq görünür.
Geyimin qiyməti 690 avrodur.