Bu  günəş eynəkləri   hətta "lüks" obrazı belə korlayır
13 iyun 2025 13:53 (UTC +04:00)

Bu günəş eynəkləri hətta "lüks" obrazı belə korlayır

Yay mövsümünün qızğın vaxtıdır, deməli, günəş eynəkləri əsas aksessuardır. Lakin necə eynək seçmək olar ki, həm günəş şüalarından qorusun, həm də yaş əlavə etməsin və ümumi obrazı korlamasın?

Lent.az bu modelləri təqdim edir:

Hansı eynəklər qocaldır və obrazı korlayır?

Bu yay üçün olan dəb tendensiyaları və stilistlərin tövsiyələrini nəzərə alaraq, dörd növ eynək var ki, onlardan imtina etmək məsləhətdir:

Çox dar eynəklər

90-cı illərin bu trendi artıq qeyri-təbii görünür və gözlərin yorğunluğunu vurğulayır. Xüsusilə, üz cizgiləri kəskin olanlarda və gözaltı tünd halqaları olan insanlarda bu cür eynəklər olduqca uğursuz görünür.

Nazik qızılı çərçivədə, çox tünd şüşəli eynəklər

Belə modellər 2000-ci illərin "oliqarx" stilini xatırladır və müasir obrazlara nadir hallarda uyğun gəlir. Bu eynəklər baxışı ağırlaşdırır və görünüşə ən azı 10 il əlavə yaş qatır.

Parlaq rəngli ucuz plastik çərçivələr

Belə eynəklər yalnız çimərlik və ya yeniyetmə üslubunda yerinə düşür. Lakin şəhər obrazında bunlar uyğun olmur, çünki ümumi görünüşü ucuz göstərə bilər.

Nəhəng, formasız maska tipli eynəklər

Belə aksesuarlar üzün yarısını örtür, "kosmik" effekt yaradır və tez-tez gülünc görünür. Onlar sirr qatmır, əksinə, mimikanı gizlədir və əlavə yaş effekti yaradır.

İndi nələr dəbdədir - hansı eynəklər görünüşü təravətləndirir?

Əgər siz dəbli eynək axtarırsınızsa, yalnız dəb tendensiyalarına deyil, həm də həmin aksesuarın sizə necə yaraşdığına diqqət yetirin. Bir neçə variant sınayın və onların üz cizgilərinizi necə vurğuladığını müşahidə edin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar