Bananın SAÇLARDA  yaratdığı MÖCÜZƏLİ MASKA
14 sentyabr 2021 19:54 (UTC +04:00)

Bananın SAÇLARDA yaratdığı MÖCÜZƏLİ MASKA

Sağlam qidalanmaq istəyənlər üçün banan əvəzolunmaz meyvədir. Bu ləzzətli meyvə vaistəsilə həm də gözəl görünmək mümkündür. 

Lent.az bananlı maska ilə gözəl saçlara sahib olmağın sirlərini təqdim edir: 

Haçalanan saç ucları üçün maska 

1 ədədə tam yetişmiş banan
1 çay qaşığı hindistan cevizi yağı
1 xörək qaşığı bal
1 xörək qaşığı zeytun 

Hazırlanma qaydası

Banan, hindistan cevizi yağı, bal və zeytun yağını tamamilə həll olunana qədər qarışdırın. Sonra qarışığı saç və baş dərinizə çəkin. 15 dəqiqə gözlədikdən sonra saçınızı yuya bilərsiniz. 

Yalnız 2 qidadan hazırlanan möcüzəvi maska 

Saçları kökündən ucuna qədər nəmləndirmək və qidalandırmaq üçün bir banan və bir xörək qaşığı zeytun yağına ehtiyac var. 

Hazırlanma qaydası

Bananı əzdikdən sonra içinə zeytun yağı əlavə edib, yaxşı-yaxşı qarışdırın. Qarışığı saç və baş dərisinə masaj edərək çəkin və durulamadan əvvəl 30 dəqiqə saxlayın.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3423
avatar

Nigar Adil

Oxşar yazılar