“Balenciaga” brendi istehsal etdiyi qəribə əl çantaları ilə gündəmə gəlib.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, brend kişi və qadın ayaqqabıları formasında klaçlar, kiçik əl çantaları istehsal edib. Bu həm kişilər, həm qadınlar üçün nəzərdə tutulub.
Onların hər birinin qiyməti 4 min dollardan başlayır.
Sosial şəbəkələrdə isə ayaqqabı formasındakı əl çantaları tənqidlə qarşılanıb.