Tanınmış cütlük rəsmən  BOŞANDI
20 iyul 2022 13:45 (UTC +04:00)

Tanınmış cütlük rəsmən BOŞANDI

Türkiyəli müğənni Zeynəb Bastık və Tolqa Akış rəsmi olaraq boşanıblar. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Tolqa məhkəmə sənədini şəxsi “Instagram” hesabında paylaşıb. 

Bir müddət əvvəl ani bir qərarla boşanmağa qərar verən cütlük maraqlı açıqlamaları ilə gündəmə gəlmişdi. Belə ki, Bastık ayrılsalar da həmişə birlikdə olacaqlarını və nikahın sadəcə bir imzadan ibarət olduğunu demişdi. 

Qeyd edək ki, ikili keçən ilin iyul ayında təmtəraqlı toy mərasimi ilə evlənmişdi. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4767
avatar

Sevinc Fərid

Oxşar yazılar