Sevgilinizdən ayrılanda bunları etməyin – 5 MƏSLƏHƏT 
28 iyul 2021 19:19 (UTC +04:00)

Sevgilinizdən ayrılanda bunları etməyin – 5 MƏSLƏHƏT 

Ayrılma prosesini idarə etmək heç də asan deyil. Psixoloqlar ilk 3 ayda bu durumu qəbul etməyin çətin olduğunu qeyd edir. Bununla bərabər, aşağıda qeyd olunanları etməməyi də məsləhət görürlər.

Lent.az ayrıldıqdan sonra tərəflərin etməməli olduğu əsas 5 məqamı təqdim edir: 

Böyük qərarlar verməyə tələsməyin 

Ayrılığın təsirindən məntiq insan üçün “əlçatmaz” ola bilər. Depressiyanın təsiri və məntiqsiz zamanda yanlış qərarlar qaçılmazdır. Buna görə ayrılıqdan sonra böyük qərarlar verməkdən uzaq olun. Yeni münasibətə başlamaq, yaşadığı ölkəni, iş yeri dəyişmək və.s bu kimi qərarların sonu peşmançılıqla nəticələnə bilər. 

Keçmiş sevgilinizi təqib etməyin

Keçmiş sevgilinizi sosial şəbəkələrdən təqib etməklə ancaq özünüzə əzab vermiş olacaqsınız. Zehni vəziyyətinizi idarə etmək sizin əlinizdədir. Yaşanılanları unutmaq üçün bir müddət dostlarınızla zaman keçirə, istirahətə vaxt ayıra bilərsiniz. 

 Onu sizə xatırladan hər şeyi yox edin 

Münasibətinizi xatırladan əşyalar sizə pis təsir göstərəcək. Buna görə onu sizə xatırladan əşyaları, şəkilləri ətrafınızdan uzaqlaşdırın. 

Sağlam qidalanmaya diqqət edin

Artıq çəkilərin çoxu məhz depressiya zamanı “qazanılır”. Ayrıldıqdan sonra qidanıza diqqət edərək, bədən çəkinizi qoruya bilərsiniz. 

Pis vərdişlərdən uzaq olun

Adətən ayrıldıqdan sonra pis vərdişlərə meyillilik yaranır Emosional vəziyyəti nəzarətdə saxlamaq, spirtli içkilərdən və digər vərdişlərdən uzaq olmaqla, sağlamlığınızı qorumuş olacaqsınız. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13164
avatar

Nigar Adil

Oxşar yazılar