Sevdiklərini aldadan   BEŞ MƏŞHUR QADIN
07 noyabr 2022 20:15 (UTC +04:00)

Sevdiklərini aldadan BEŞ MƏŞHUR QADIN

Kişilərin sevdikləri qadınları daha çox aldatdıqları iddia edilir. Bununla belə, sevdiklərini aldadan qadınlar da az deyil. 
Lent.az xarici mediaya istinadla sevdiklərini aldadan beş məşhur qadınla bağlı faktları təqdim edir. 

Kristen Stüart

Kristen Stüartın evli rejissor Rupert Sanders ilə romantikası məlum olanda o zaman Robert Pattinsonla görüşən aktrisa ictimaiyyətdən üzr istəyib.

“Mən yaxınlarıma və bütün zərərçəkənlərə verdiyim ağrı və utancdan dərin təəssüflənirəm. Bu anlıq laqeydlik həyatımdakı ən vacib şeyi, ən çox sevdiyim və hörmət etdiyim insanı, Robı təhlükəyə atdı. Mən onu sevirəm və üzr istəyirəm”, - o deyib.

Pattinson sevgilisini bağışlayıb, lakin Sandersin arvadı boşanmaq üçün məhkəməyə müraciət edib.

Cessika Simpson

Cessika Simpson öz xatirələrində Nik Laşe ilə evli olarkən Conni Noksvillə “emosional sevgi romanı” olduğunu etiraf edib.

“Mənim üçün emosional roman fiziki romandan daha pis idi. Bilirəm ki, bu gülməli səslənir, çünki evlənməmişdən əvvəl cinsi əlaqəyə belə diqqət yetirirdim. Cinsi əlaqəni sınadıqdan sonra anladım ki, emosional komponentin həqiqətən böyük bir şey olduğunu başa düşdüm. Conni ilə aramızda sən demə seksdən daha böyük bir xəyanət olubmuş” – o, etiraf edib.

Meq Rayan

Dennis Kueyd ilə evliliyi zamanı Meq Rayanın digər ramonatikası var idi. Əri kimi. Münasibətlərinin sonuna yaxın Meq ərini Rassell Krou ilə aldadıb.

“Dennis çox uzun müddət mənə xəyanət etdi və bu, çox ağrılı idi. Boşandığımız zaman bu barədə daha çox öyrəndim. Rassell bizim evliliyimizi pozmayıb. O, artıq sona yaxın idi, buna görə də bu, şübhəsiz ki, onun günahı deyil”, - ulduz belə paylaşım edib.

Tori Spellinq

Tori Spellinq Çarli Şeynianla evli olanda o, eyni zamanda evli olan Din MakDermottla tanış olub. Lakin bu, onların sevgi münasibətinə girməsinə mane olmayıb.

“Biz Dianla nahardan sonra bara getdik və gecəni birlikdə keçirdik. Ertəsi gün onun yanında oyananda heç nəyə peşman olmadım. Evliliyimdə həqiqətən də nəsə səhv idi. Və təkcə bu oğlanla yatdığım üçün deyil, baxmayaraq ki, bu, əlbəttə ki, müsbət əlamət deyildi, həm də peşman olmadığım üçün”, - o, etiraf edib.

Nəhayət, Spellinq ərindən boşanaraq 16 ildir evli olan və beş uşaq böyüdən sevgilisi ilə evlənib.

Kris Cenner

Kris Cenner etiraf edib ki, başqa münasibəti onun evliliyini pozub. “Mən çox gənc olanda ailə qurmuşam. Robertlə (Robert Kardaşyan – Kris Cennerin birinci əri. – red.)

18 yaşım olanda tanış olmuşam. Dörd il görüşdük, sonra evləndik. 30 yaşım olanda bir münasibətim var idi. Və mənim ən böyük peşmanlığım ailəmi məhv etməyim idi”, o, boynuna alıb.
 

# 2904
avatar

Oxşar yazılar

Keçmiş sevgilinizlə bu addımınız FAYDALI OLACAQ

Keçmiş sevgilinizlə bu addımınız FAYDALI OLACAQ

27 yanvar 2023 , 13:17
Sürpriz nikahdan  şəkillər paylaşıldı - FOTO

Sürpriz nikahdan şəkillər paylaşıldı - FOTO

26 yanvar 2023 , 14:33
İkardidən şok İTTİHAM:  “Arvadıma təcavüz edib”

İkardidən şok İTTİHAM: “Arvadıma təcavüz edib”

26 yanvar 2023 , 14:18
52 illik evlilikdən sonra: Qadın öldü, 45 dəqiqə sonra ərinin  ürəyi dayandı

52 illik evlilikdən sonra: Qadın öldü, 45 dəqiqə sonra ərinin ürəyi dayandı

26 yanvar 2023 , 02:22
İkardi keçmiş arvadı ilə bütün  “körpüləri yandırdı”   – Görün nə etdi?

İkardi keçmiş arvadı ilə bütün “körpüləri yandırdı” – Görün nə etdi?

25 yanvar 2023 , 18:07
Aktrisa keçmiş yoldaşından danışdı: "Şkafları yumruqladı..."

Aktrisa keçmiş yoldaşından danışdı: "Şkafları yumruqladı..."

25 yanvar 2023 , 11:40
Tanınmış cütlük yorulub kameralara  belə yaxalandılar

Tanınmış cütlük yorulub kameralara belə yaxalandılar

24 yanvar 2023 , 09:39
Sevgilisi ilə görüşə getmək üçün  traktor qaçırtdı

Sevgilisi ilə görüşə getmək üçün traktor qaçırtdı

23 yanvar 2023 , 08:31