Qocalar evində TOY:  gənclər kimi əyləndilər
16 fevral 2024 17:51 (UTC +04:00)

Qocalar evində TOY: gənclər kimi əyləndilər

Başqırdıstanda iki təqaüdçü şəriət qanunlarına əsasən evlənib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, tədbir yaşlılar və əlillər üçün Starobaişski pansionatında baş tutub. Yeni evlənənlər 70 yaşlı Xələf Xabilyarov və 88 yaşlı Zuqra Tağırova olub.

Zuqra Tağırova Ukraynada yaşayıb. Müharibə başlayan zaman o, hər şeyi itirib. Yaşlı qadın bir neçə gün meşədə qalıb. Rusiya əsgərləri taqətdən düşmüş Zuqranı tapıb və onun xahişi ilə doğulub boya-başa çatdığı Başqırdıstana göndəriblər.

Başqırdıstana qayıtdıqdan sonra qadın pansionata gəlib və orada Xələf Xabilyarov onu görüb. Xabilyarov tezliklə yaşlı qadına evlilik təklif edib və onlar evləniblər.

Qocalar evinin direktorunun sözlərinə görə, cütlüyə ayrıca otaq verilib. O əlavə edib ki, cütlük toy şənliyində “sanki 20 yaşları varmış kimi” əyləniblər.

# 3846
avatar

Oxşar yazılar