Qadın gələcək ərini zibil qutusundan tapdı  - Dünya mediası onlardan yazır
14 fevral 2024 19:33 (UTC +04:00)

Qadın gələcək ərini zibil qutusundan tapdı - Dünya mediası onlardan yazır

ABŞ-ın Nyu-York ştatında qadın gələcək ərini zibil qutusunda tapıb. Bu barədə “New York Post” məlumat yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 39 yaşlı Amerika sakini Erin Şeffildin zibil qutularına girmək kimi qeyri-adi hobbisi var. Belə ki, o, saxlayacağı və ya satacağı əşyalar tapmaq üçün zibil qutularını gəzir. 2009-cu ildə Şeffild adəti üzrə işləri ilə məşğul olarkən qutuların birinə girən 35 yaşlı Deyv ilə tanış olub. Məlum olub ki, onun da eyni hobbisi var.

Zibil qutusunda görüşdükdən sonra telefon nömrələrini dəyişiblər və o vaxtdan birlikdə zibilliklərdə əşyalar axtarmağa başlayıblar. Onlar birlikdə dərsliklər, bahalı kalkulyatorlar, ofis ləvazimatları, təmizlik ləvazimatları və sonradan onlayn satdıqları digər əşyalar tapıblar. Bir neçə ay sonra onlar görüşməyə başlayıblar. Artıq bu il cütlük uşaq gözləyir.

Ər-arvad hələ də sevdikləri işlə məşğuldur. Bayramda zibil qutularında tapdıqları bəzi əşyaları bir-birinə verirlər. Məsələn, Deyv zibil qutusunda qızılgüllər tapıb və onları evlilik ildönümü üçün həyat yoldaşına verib.

Cütlük hobbilərindən ildə təxminən 20 min dollar qazandıqlarını deyib. Onlar zibilliklərdə tapılan əşyaları sataraq öz şirkətlərini açmağı planlaşdırırlar.

# 24783
avatar

Oxşar yazılar