İki ilə yaxındır sevgili olan aktrisa İpek Filiz Yazıcı və müğənni Ufuk Bayraktar evlənmək qərarına gəliblər.
Lent.az xəbər verir ki, bu barədə cütlük sosial şəbəkə hesablarında paylaşım edib.
Bayraktar sevgilisi ilə şəklini paylaşaraq “Xoşbəxtliyimizi artıq sizinlə paylaşmağın vaxtı gəldi”, - qeyd edib.
Xatırladaq ki, Ufuk Bayraktar sevgi mahnıları, ən çox isə "Ay tenli kadın" ifası ilə tanınır.