Məşhur aktyor 4 illik sevgilisindən  AYRILDI
31 avqust 2022 11:04 (UTC +04:00)

Məşhur aktyor 4 illik sevgilisindən AYRILDI

Hollivudun məşhur simalarından biri, "Oskar" mükafatçısı aktyor Leonardo Di Kaprio ilə model-aktrisa Kamila Morrone ayrılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 4 ildən artıqdır birlikdə olan cütlük bu yayın əvvəlində hər kəsdən xəbərsiz ayrılıb.

2017-ci ildən birlikdə olan cütlüyün münasibətlərinin pis olmadığı və normal bitdiyi bildirilib.

Di Kaprio daha əvvəl 23 yaşlı model Gisele Bünhen və 25 yaşlı Bar Refaeli ilə yollarını ayırmışdı. Münasibətlərini hər zaman gözdən uzaq yaşayan cütlük heç vaxt qırmızı xalçada birlikdə görünməsə də, "Oskar" və "Qızıl Qlobus" kimi mükafat mərasimlərinə birlikdə qatılıb.

# 2685
avatar

Oxşar yazılar