Qısa boy və sümüklü burun kimi qadınların özlərində bəyənmədikləri şeylər kişilər tərəfindən yüksək qiymətləndirilir. Bəzən qadınlar əlavə 3-5 kiloqrama, böyüyən qarına və saçlardakı ağlara görə çox narahat olurlar.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, xanımlar heç də buna görə narahat olmasın, araşdırmalara görə, kişilər bu qüsurları bəyənirlər.
Qarın
Düz bir mədəyə sahib olmaq xəyalları ilə yaşamağınıza baxmayaraq, bəzi kişilər balaca qarınlı qadınları düz qarınlılardan daha cazibədar görürlər!
Sümüklü burun
Burun insan üzündəki ən əhəmiyyətli elementdir! Burnunuzun quruluşu üzünüzə xarakterik bir xüsusiyyət qatacaq! Bu təbii görünüşə kişilər tərəfindən üstünlük verilir: əməliyyatlı burnunuzdansa, təbii halınız sevilir.
Qısa boy
Uzun ayaqlar bir çox oğlanın "yox" deyə bilməyəcəyi və gözlərini çəkə bilmədiyi bir xüsusiyyətdir. Ancaq qısa boylu qızlar cazibədar olmasa da şirin ola bilərlər!
Çillər
Çillərinizdən qurtulmağa və onları müxtəlif kosmetik vaistələrlə örtməyə çalışmayın! Kişilər çilli qadınları sevirlər!
Kiçik sinə
Əgər sənə həqiqətən aşiqdirsə, bədəninin ölçüsü ilə çox da maraqlanmayacaq. Ona hər halınla gözəl görünəcəksən.