Həyat yoldaşını itirmək kişilər üçün ölümcül ola bilər.
Lent.az “Medical Xpress” saytına istinadən xəbər verir ki, həyat yoldaşını itirən kişilər daha tez dünyasını dəyişir.
Araşdırmalar göstərir ki, bu itkidən sonra 65-69 yaş arası dul kişilərin ölüm nisbəti yüzdə 70-dir.
Dul qadınlar arasında bu riskin isə cəmi 27 faiz olduğu müəyyən edilib.
Tədqiqat 65 yaş və yuxarı olan 925 min danimarkalı üzərində aparılıb. Kopenhagen Universitetinin İctimai Sağlamlıq Departamenti qadınlar və kişilər arasındakı bu nisbət fərqinin səbəbləri barəsində dəqiq məlumat olmadığını bildirib.
Ancaq onlar kişilərin fiziki və emosional sağlamlığının qadınların onlara qayğı, sevgi göstərməsi ilə bağlı ola biləcəyini açıqlayıb.