Ebru Gündeşin keçmiş əri  Rza Zerrab yenidən evləndi
19 iyun 2024 23:01 (UTC +04:00)

Ebru Gündeşin keçmiş əri Rza Zerrab yenidən evləndi

Məşhur müğənni Ebru Gündeşdən dramatik şəkildə boşanan Rza Zərrabın bursalı 
Dilarə Altıntopla evləndiyi iddia edilib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ABŞ-da keçirilən məhkəmə prosesində etirafçı olan və Türkiyədə milyonlarla avro rüşvət payladığını etiraf edən Zərrab sonradan yoxa çıxıb.

“Snob Magazine”in xəbərinə görə, Zərrabın bursalı gözəl Dilarə Altıntopla evləndiyi bildirilib. Ötən aylarda Mayamidə evləndiyi iddia edilən cütlüyün bu hərəkətinin böyük əks-səda doğuracağı gözlənilir. Digər tərəfdən cütlüyün toyunda çəkildiyi deyilən foto da təqdim edilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3036
avatar

Oxşar yazılar